İranın ali rəhbəri Xameneyi xalqa müraciət etdi

Xamenei
Xamenei

İranın Ali Rəhbəri ayətullah Seyid Əli Xameneyi xalqa müraciət ünvanlayıb.

AzPost bildirir ki, Əli Xameneyi iranlı gənclərini birliyə və hazırlıqlı olmağa çağırıb.

Xameneyi deyib ki, bəzi iğtişaşçılar dövlət əmlakına zərər vurmaqla ABŞ prezidentini razı salmağa çalışır.

“Amerikanın əli  günahsız insanlar da daxil olmaqla 1000-dən çox iranlının qanı ilə ləkələnib”.

“Tramp bilməlidir ki, firon, Nəmrud, Rza şah və Məhəmməd Rza kimi tiranlar öz təkəbbürlərinin zirvəsində olarkən devrilmişlər. O da devrilə bilər” – Xamenei dövlət televiziyasında yayımlanan çıxışı zamanı söyləyib.

Xameneyi İranın sarsılmaz olduğunu və öz prinsiplərindən geri çəkilməyəcəyini bəyan edib.

O, İranın etiraz aksiyaları qarşısında geri çəkilməyəcəyini bildirib.

 

 

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.