İran Azərbaycanla imzalanmış Anlaşma Memorandumunu şərh edib

“Azərbaycan vətəndaşlarının gediş-gəlişini asanlaşdırmaq üçün çalışırıq”.

Bunu İranın Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Səid Xətibzadə bu gün keçirdiyi mətbuat konfransında İran və Azərbaycan arasında imzalanmış Anlaşma Memorandumu haqqında danışarkən deyib.

O bildirib ki, ötən aylar ərzində Azərbaycan və İran arasında əlaqələrin inkişafı üçün səylər artıb.

XİN rəsmisi xatırladıb ki, iki ölkənin müştərək iqtisadi komissiyasının iclası keçirilib və müvafiq sənəd imzalanıb.

“İran müharibə dövründə Azərbaycan vətəndaşlarının Naxçıvan Muxtar Respublikasına Biləsuvar sərhəd-keçid məntəqəsi vasitəsilə gediş-gəlişini təmin edirdi. Müharibədən sonra qərara alındı ki, proses daha yaxın bölgədən təmin olunsun. Lazımi infrastruktur hazırlanaraq yeni tranzit yolu açılacaq”, – Xətibzadə diqqətə çatdırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Rusiya əhalisində 90 milyard nağd dollar var –

Sonrakı məqalə

Ermənistan Azərbaycanın yeni təkliflərinə cavab verib