İran heç vaxt Rusiyaya Ukraynada istifadə üçün pilotsuz təyyarələr və ya raketlər verməyib.
Azpost.info xəbər verir ki, bunu Davosda keçirilən Dünya İqtisadi Forumunda İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian deyib
“Biz heç vaxt Rusiyaya Ukraynaya qarşı istifadə üçün dron və ya raket verməmişik. Ukraynalıların İran dronlarının onlara qarşı istifadə edilməsi ilə bağlı iddiaları böyük səs-küy yaradır. Lakin onlar bizə bir dənə də olsun dəlil və ya bu iddiaları təsdiqləyən bir sənəd göstərməyiblər”, – Abdullahian əlavə edib.
Azpost.info