İran hökuməti paytaxtı Tehrandan köçürmək planı üzərində işləyir- İSNA

İran prezidenti Məsud Pezeşkian hökumətin iclasında ölkə paytaxtının köçürülməsi planının hazırlanmasına başlandığını açıqlayıb.

Azpost.info xəbər verir ki, bu barədə İSNA agentliyi məlumat yayıb.

Onun sözlərinə görə, prezident planın hazırlanmasına məsul vəzifəsini birinci müavini Məhəmməd Rza Arefi təyin edib.

“Bu məsələyə məhəl qoymamaq gələcəkdə ölkəmizin ekoloji böhran və bir çox başqa problemlərlə üzləşməsinə səbəb ola bilər”, – Pezeşkian qeyd edib.

Sentyabrın 7-də İran prezidenti paytaxtın Tehrandan Fars körfəzi sahillərinə köçürülməsinin zəruriliyini bəyan edib.

O bildirib ki, Tehran hazırda başqa yolla həlli mümkün olmayan problemlərlə üzləşib.

İran Məclisinin daxili siyasət komitəsinin üzvü Seyid Ruhullah Musəvi müvafiq hazırlıq görülərsə, bu ideyanı olduqca real adlandırıb.

Azpost.info

Əvvəlki məqalə

“Savadsızları müəllim adından məhrum edirik, düz edirik”

Sonrakı məqalə

Dekabrda 113 dövlət əmlakı hərraca çıxarılacaq