“İran nüvə silahından imtina etməyə hazırdır” –Tramp

“Vaşinqton və Tehran növbəti iki həftə ərzində razılığa gələ bilər”.

Bunu ABŞ prezidenti Donald Tramp deyib.

“Hazırda danışıqlar aparırıq və onlar çox yaxşı bir razılaşma əldə etmək istəyirlər. Bizə hər şeyi verməyə, nüvə silahlarından imtina etməyə hazırdırlar. Düşünürəm ki, biz qalib gəlirik. Növbəti iki həftə ərzində qalib gəlməliyik. Bu, tam bir qələbə olacaq, çox tezliklə baş verəcək və neft qiymətləri dərhal düşəcək”, – Tramp bildirib.

AzPost.az

Paylaş

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.