İran prezidenti Baydenə cavab verdi –"Artıq azad olmuşuq"

“İran 1979-cu il İslam İnqilabı zamanı azad edilib”.

Azpost.info xəbər verir ki, bunu İran prezidenti İbrahim Rəisi amerikalı həmkarı Co Baydenin bəyanatına cavab olaraq deyib.

“Mən ABŞ prezidenti Co Baydenə deyirəm ki, İran 43 il əvvəl azad edilib”, – Rəisi televiziyadakı çıxışında bildirib.

Qeyd edək ki, ABŞ prezidenti Co Bayden Kaliforniyada yerli demokrat namizədə dəstək kampaniyasında çıxışı zamanı “Birləşmiş Ştatlar tezliklə İranı azad edəcək” deyib. Bayden amerikalı veteranların səhiyyə xidmətlərindən istifadə imkanları ilə barədə danışarkən zalda olanlardan birinin İrandakı vəziyyəti açıqlamaq çağırışına cavab olaraq bu mövzuya keçid edib.

“Narahat olmayın, biz İranı azad edəcəyik. Tezliklə onlar özləri özlərini azad edəcəklər”, – Bayden qeyd edib.

Azpost.info

Əvvəlki məqalə

İran XİN başçısı prezident Baydenə “ikiüzlü” dedi

Sonrakı məqalə

“Yaşar Nurinin aliəsi pul istəmir, diqqət istəyir…” –