İran prezidenti Həsən Ruhani yardım üçün Beynəlxalq Valyuta Fonduna müraciət edib.
Azpost.info Röyter-ə istinadən bildirir ki, Ruhano koronavirusla mübarizə üçün İrana 5 milyard dollar ayrılmasını xahiş edib.
“Mən beynəlxalq təşkilatı öz öhdəliklərini yerinə yetirməyə çağırıram. Biz BVF üzvüyük. Bu kreditlərin ayrılmasında heç bir ayrıseçkilik olmamalıdır” – deyə Ruhani Nazirlər Kabinetinin iclasında vurğulayıb.
Ötən ay İranın Mərkəzi Bankının rəhbəri Əbdülnəzər Himməti bu məbləğin ayrılması üçün BVF-yə müraciət edib. Fond öz növbəsində İranla danışıqların getdiyini bildirmişdi.