İran prezidenti Beynəlxalq Valyuta Fonduna müraciət etdi –5 milyard dollar istəyir

İran prezidenti Həsən Ruhani yardım üçün Beynəlxalq Valyuta Fonduna müraciət edib.

Azpost.info Röyter-ə istinadən bildirir ki, Ruhano koronavirusla mübarizə üçün İrana 5 milyard dollar ayrılmasını xahiş edib.

Mən beynəlxalq təşkilatı öz öhdəliklərini yerinə yetirməyə çağırıram. Biz BVF üzvüyük. Bu kreditlərin ayrılmasında heç bir ayrıseçkilik olmamalıdır” – deyə Ruhani Nazirlər Kabinetinin iclasında vurğulayıb.

Ötən ay İranın Mərkəzi Bankının rəhbəri Əbdülnəzər Himməti bu məbləğin ayrılması üçün BVF-yə müraciət edib. Fond öz növbəsində İranla danışıqların getdiyini bildirmişdi.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İranda koronavirusdan ölənlərin sayı 4 000-i ötdü

Sonrakı məqalə

Bakıda jurnalların möhürü ilə saxta arayış satan şəxslər tutulub