İran Qətər, BƏƏ, Bəhreyn və Küveytə eyni vaxtda raketlərlə hücum edib

İran Qətər, BƏƏ, Bəhreyn və Küveytə eyni vaxtda raket hücumu həyata keçirib.

Azpost.info bildirir ki, bu barədə “Pars Today” qəzeti  məlumat verib.

“Əl-Cəzirə”nin verdiyi məlumata görə, Bəhreynin Daxili İşlər Nazirliyi ölkə daxilində sirenlərin səsləndiyini bildirib.

Nazirlikdən verilən açıqlamada vətəndaşlardan sakit qalmaları və ən yaxın təhlükəsiz yerdə sığınacaq axtarmaları xahiş olunur.

BƏƏ Müdafiə Nazirliyi hava hücumundan müdafiə qüvvələrinin raket və dron təhdidlərinə “aktiv şəkildə cavab verdiyini” bildirib.

Nazirliyin açıqlamasına görə, ölkə daxilində eşidilən səslər raket və dronların iştirakı ilə davam edən döyüş əməliyyatlarının nəticəsidir.

Qətər hakimiyyəti öz növbəsində yüksək həyəcan siqnalı verib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.