İranı müvəqqəti idarə etmək üçün 6 xüsusi komitə yaradılıb- İRNA

İran prezidenti vəzifəsini icra edən Məhəmməd Moxber İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahianın ölümündən sonra ölkəni idarə etmək üçün altı xüsusi hökumət komitəsinin yaradıldığını elan edib.

Azpost.info xəbər verir ki, bu barədə İran hökumətinin rəsmi nümayəndəsi Əli Bahadori Cəhromi məlumat verib.

“Birinci vitse-prezident bu günlərdə ölkəni idarə etmək üçün altı xüsusi komitə yaradıb”, – İRNA agentliyi yazıb.

“İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Baqiri Kani Xarici Siyasət Komitəsinin rəhbəri təyin edilib”, – Cəhromi qeyd edib.

Azpost.info

Əvvəlki məqalə

Xamneyi prezident Rəisinin həlak olması ilə bağlı başsağlığı verib

Sonrakı məqalə

Çin sədri İran prezidentinin ölümü ilə bağlı başsağlığı verib