İran noyabrın 6-dan etibarən Fordoda yerləşən obyektdə uranın zənginləşdirilməsinə başlayacaq. RİA Novosti xəbər verir ki, bunu Tehran Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi deyib. O bildirib ki, Fordodakı obyektdə uran 5 faizlə zənginləşdiriləcək. Qeyd edək ki, bundan əvvəl İran prezidenti noyabrın 6-dan etibarən Rəsmi Tehranın dördüncü dəfə nüvə sazişi üzrə öhdəlikləri yerinə yetirməkdən imtina edəcəyini və Fordodakı müəssisədə uranı qazla təmin etmək üçün sentrifuqalardan istifadə etməyə başlayacağını açıqlamışdı. (APA)