İran və Rusiya XİN rəhbərləri arasında telefon danışığı olub

İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian və Rusiya xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.

APA İSNA-ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın İrandakı səfirliyi məlumat yayıb.

Qeyd olunub ki, hər iki tərəfi maraqlandıran bəzi regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində yer alan beynəlxalq hüququn əsas prinsiplərinə sadiq olduqlarını, o cümlədən ölkələrin suverenliyi və ərazi bütövlüyünə hörmət etdiklərini vurğulayıblar.

Əvvəlki məqalə

“Lukaşenkonun həbsinə order verin!”

Sonrakı məqalə

Neft Fondu 6 ayda 12 milyard manata yaxın gəlir əldə edib