“Lukaşenkonun həbsinə order verin!”- Avropa Parlamenti Haaqa məhkəməsinə çağırış etdi

Avropa Parlamenti Haaqa Beynəlxalq Cinayət Məhkəməsini Belarus prezidenti Aleksandr Lukaşenkonun həbsinə order verməyə çağırıb.

Azpost.info xəbər verir ki, avropalı deputatlar hesab edirlər ki, Belarus müharibə ilə bağlı Ukraynaya dəymiş ziyana görə məsuliyyət daşıyır. Eyni zamanda, Lukaşenkonun ukraynalı uşaqların qanunsuz deportasiyasında rolu var.

Ona görə də məhkəmə Belarusun soyqırımı və insanlığa qarşı cinayətlərdə iştirak edən siyasi və hərbi rəhbərliyinin cinayət təqibini təmin etməlidir.

“Məhkəmə artıq Rusiya prezidenti Vladimir Putinin həbsinə order verib. Avropa Parlamentinin deputatları Aleksandr Lukaşenko üçün də analoji həbs orderinin verilməsini nəzərdən keçirməyə çağırır”, – AP-nin çağırışında deyilir.

Azpost.info

Əvvəlki məqalə

Xəzərdəki zəlzələlərin Azərbaycana hansısa təsiri ola bilərmi?

Sonrakı məqalə

İran və Rusiya XİN rəhbərləri arasında telefon danışığı olub