İran Xarici İşlər Nazirliyi (XİN) Respublika Günü münasibətilə Azərbaycan xalqını və hökumətini təbrik edib.
APA-nın xəbərinə görə, bu barədə İran XİN-in “Twitter” hesabında bildirilib.
“Respublika Günü münasibətilə Azərbaycan xalqına və hökumətinə ən səmimi təbriklərimizi çatdırırıq. Bu önəmli günüdə Azərbaycan xalqına əbədi sülh və firavanlıq arzu edirik” , – deyə qeyd edilib.