İranda aktrisa filmin nümayişinə hicabsız gəldi –Kinoteatrın direktoru işdən qovuldu

Tehranın “Lotus Cinema” kinoteatrında “Aslan dərisi” (“Pooste Shir”) serialının final bölümünün nümayişi zamanı məşhur aktrisa Panteya Bəhramın hicabsız iştirakından sonra kinoteatrın direktoru vəzifəsindən uzaqlaşdırılıb.

İRNA-nın məlumatına görə, bu barədə Kino Təşkilatının Monitorinq və Qiymətləndirmə üzrə direktor müavini Həbib İlbeigi bildirib.

O qeyd edib ki, “kinoteatrın direktoru cinayətkarı kinoteatrdan uzaqlaşdırmadığı üçün işdən çıxarılıb”.

“Bu kinoteatrla bağlı qanun pozuntuları da araşdırılır və bu barədə də tezliklə qərar veriləcək”, – direktor müavini vurğulayıb.

Qeyd edək ki aktrisa daha əvvəl də “Instagram” səhifəsində hicabsız çəkilmiş videosunu paylaşmışdı.

Əvvəlki məqalə

Bəxtiyar Hacıyevin həbs müddəti uzadıldı

Sonrakı məqalə

Lənkəranda minik avtomobili bacı və qardaşı vurub