İranda cırtdan elektromobil təqdim edilib –FOTO

Paraks startapı İran elektrik avtomobili “Cheetah Yooz”u təqdim edib.

Lakin yeniliyə ilk baxışdan məlum olur ki, bu, orijinal ideya deyil və Çinin “Rayttle E28” modelinin əkizidir. Sonuncu isə öz növbəsində Fransa istehsalı “Renault Twizy”nin klonudur.

Şəhər elektomobili arxa oxa quraşdırılmış 20 at gücünə malik elektrik mühərriki ilə idarə olunur. Onun akkumulyatorunun tutumu 7,7 kilovat-saatdır və iddia edilən gediş məsafəsi 80-100 kilometrdir. Elektromobilin maksimal sürəti saatda 80 kilometrdir.

Birinci mərhələdə elektomobildən 30 nüsxə hazırlanacaq. Daha sonra onun istehsalı artırılacaq.

Elektomobilin satış tarixi və qiyməti açıqlanmayıb.

Əvvəlki məqalə

BDU-nun tələbəsi vəfat edib –

Sonrakı məqalə

İndoneziyada yeddi metrlik ilan qadını udub