İranda həbsdə olan Fərid Səfərliyə hökm oxunub –Gənc tələbəyə hansı "subutlar" tədim olunub? /DETALLAR

İranda həbsdə olan Fərid Səfərliyə hökm oxunub.

Azpost.info bildirir ki, Fərid Səfərlinnin anası Dilarə Əsgərova oğlu barəsində 2 il həbs hökmü çıxarıldığını bildirib.

“Fəridə son söz vermədən, öz kabinetində 2 il həbs hökmü çıxarıb və Fərid artıq qərarı məktub şəklində alib.Fərid qərarla barışmır, heç bir sübut olmadan bu cezanin verilməsini qəbul edə bilmir”-deyə anası bildirib.

D.Əsgərova məhkəmənin  hökmün verilməsi üçün istinad etdiyi ” sübutlar”ı açıqlayıb.

Hakim bildirib ki, Fərid İranda tutduğu evin kirayə pulunu avro ilə ödəyib və bununla da İran ərazisinde qeydiyyata düşmək istəməyib. Halbuki avro ilə ödənişi ev yiyəsi təklif edib.
Fəridin kiraye tutduğu evə İrandan çixmağa 4-5 gün qalmış gizli kamera quraşdirilib və qızla ingiliscə olan danişiqlar qeydə alinib. Məhkəmədə həmin səs yazilari və bu səsin farscaya tərcuməsi səsləndirilib. “Fəridin deməsinə görə səs yazısında əslində heç bir sübut yoxdur. Sadəcə tərcümə cox ciddi təhrif olunub. Məsələn Fərid internet zəifliyindən mənimlə əlaqə saxlaya bilməməsindən qıza gileylənib. Bunu məhkəmədə fars dilində Fəridin İranda kiminləsə görüşünün hansısa səbəbdən baş tutmaması kimi elan ediblər. Ona görə Fəridlə İranda başqa tərcüməçi tutub materiali yenidən tercümə etdirməyə qərar verdik”.
Məhkəmənin digər “subutu: Fərid guya 2022 ci ildə İrana Almaniya nömrəsi ilə 19 dəfə zəng vurub. Fərid bu iddiani rədd edib və bu zənglərin çıxarışini tələb edib . Ona bildirilib ki xarici zənglərin cixarişini çıxartmaq mümkün deyil. “Fərid sual verib ki, bəs hardan bildiz ki, bu nömrələrə mən zəng etmişəm. Təbii ki, qaneedici cavab almayıb.
Vəkilin hakimlə görüşü zamani hakim qeyd edib ki, məhkəmə zamani Fəridin özünü dikbaş, yəni günahkar deyil, tələbkar kimi aparmasi onun xoşuna gəlməyib.
“Bu ədalətsiz hökm məni çox ağrıdır: illərini ver təhsil al, dillər oyrən, peşəni təkmilləşdir, çoxdan arzuladığin bir iş təklifi al , işə başlayana qədər gedib sevdiyinlə görüşməyi planla, axırda səni belə şərləsinlər.
Fərid sonda mənə dedi ki, Sepahın zindanında yaşadiqlarina baxmayaraq( nə qədər təkid etdimsə də bu haqda danışmayacağını bildirdi), çixandan sonra bütün bunları unutmağa çalışacaq. Bu kiçik səhvdən böyük dərs alacaq və həyatında yenidən hər şeyi yoluna qoyacaq”.
Azpost.info
Əvvəlki məqalə

Duma “Quran”a zərər vurmağa görə cinayət cəzasının tətbiqini təklif edir

Sonrakı məqalə

Kütləvi məzarlıqlarda qalıqları tapılan şəxslərdən 15-nin kimliyi müəyyən edilib