İranda koronavirus epidemiyası naziri də haqladı –

Ali Məhkəmənin sədrinin müşaviri öldü, 54 min məhbusu evə buraxdılar
04 Mart 2020 - 10:37

İranın sənaye, mədən və ticarət naziri Rza Rəhmani yeni koronavirus şübhəsilə xəstəxanaya yerləşdirilib.  

O, Tehrandakı xəstəxanaların birində müalicə alır.

Xatırladaq ki, İranda koronavirusa yoluxanların sayı 2336 nəfərdir. Bunların arasında 23 nəfər deputat da var. İranın Təcili Tibbi Yardım Mərkəzinin rəisi Pirhüseyn Kulivənd də koronavirusa yoluxub. Virusdan həyatını itirənlərin sayı 77, sağalanların sayı isə 436 nəfər təşkil edir. Həmçinin ötən gün Ali Məhkəmənin sədrinin müşaviri koronavirusdan dünyasını dəyişib. Epidemiyanın qarşısını almaq üçün 54 min məhbus evə buraxılıb. (APA)