İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 154 nəfər vəfat edib.
APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, İranda koronavirusdan ölənlərin sayı 11 260 nəfərə çatıb.
İranda son sutka ərzində koronavirusa 2 566 yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 235 249 nəfərə çatıb.
İndiyədək xəstəlikdən 196 464 nəfər sağalıb.
Hazırda virus daşıyıcısı olan xəstələrdən 3 123 nəfərin vəziyyəti ağır və ya orta ağırdır.