İranda koronavirusdan ölənlərin sayı 43-ə çatdı

29 Fevral 2020 - 14:46

İranda yeni koronavirusun (Covid 19) yayılması nəticəsində indiyədək 43 nəfər dünyasını dəyişib.

Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mətbuat xidmətinin müdiri Kiyanuş Cahanpur deyib. Onun sözlərinə görə, ötən sutka ərzində 9 nəfər dünyasını dəyişib.

Nazirlik rəsmisi deyib ki, indiyədək İranda bu virusa yoluxanların sayı 593 nəfərə çatıb.

Cahanpur əlavə edib ki, ötən sutkada daha 205 nəfər bu virusa yoluxub. Sağalanların sayı isə 123-ə çatıb.

Tehran vilayətində 52, Qum vilayətində 21, Gilan vilayətində 17, Gülüstan vilayətində 22, İsfahan vilayətində 12, Mərkəzi vilayətdə 18, Mazandaran vilayətində 12, Cənubi Xorasan vilayətində 1, İlam vilayətində 1, Fars vilayətində 8, Şərqi Azərbaycan vilayətində 6, Ərdəbil vilayətində 3, Əlborz vilayətində 8, Simnan vilayətində 4, Kürdüstan vilayətində 5, Qəzvin vilayətində 6, Xuzistan vilayətində 4, Sistan və Bəluçestan vilayətində 1 və Yəzd vilayətində 4 nəfər yeni koronavirusa yoluxub.

Qeyd edək ki, İranın Səhiyyə Nazirliyinin rəsmisi ötən gün 388 nəfərin yeni koronavirusa yoluxduğunu, 34 nəfərin dünyasını dəyişdiyini, 73 nəfərin sağaldığını bildirmişdi.