İranda növbədənkənar prezident seçkilərinin ikinci turunda səsvermə vaxtı uzadılıb

İranda növbədənkənar prezident seçkilərinin ikinci turunda səsvermə vaxtı 2 saat uzadılıb.

Bu barədə ölkənin Seçki Qərargahının sözçüsü Möhsün Eslami deyib.

Eslami ölkə üzrə səsvermə vaxtının yerli vaxtla saat 20:00-a qədər uzadıldığını açıqlayıb.

Qeyd edək ki, bu gün İranda növbədənkənar prezident seçkilərinin ikinci turu başlayıb.

Seçkilərin ikinci turunda islahatçı namizəd Məsud Pezeşkian və mühafizəkar namizəd Səid Cəlili mübarizə aparır.

Seçkilərin birinci turunda 42,6 faiz səslə Məsud Pezeşkian liderlik edirdi.

Xatırladaq ki, İran Prezidenti İbrahim Rəisinin mayın 19-da helikopter qəzasında həlak olmasından sonra ölkədə növbədənkənar prezident seçkiləri elan olunub(apa).

Əvvəlki məqalə

MEDİA-da onlayn media subyektlərinin rəhbərləri ilə görüş təşkil olunub

Sonrakı məqalə

Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentləri Şuşada Aşağı Gövhər Ağa məscidində olublar