İranda səsvermə gecə yarısına qədər uzadılıb

İranda növbədənkənar prezident seçkilərində səsvermə daha iki saat uzadılıb.

Bu barədə ölkənin Seçki Qərargahının sözçüsü Möhsün Eslami deyib.

Seçkiyə gec gələnlərin səs verməsi üçün səsverməni daha iki saat – yerli vaxtla 00:00-a (Bakı vaxtı ilə saat 00:30-a qədər) qədər uzadılıb.

Artıq üçüncü dəfədir səsvermə müddəti iki saat uzadılır.

Seçkilərin ilkin nəticələri şənbə günü, rəsmi hesablama isə növbəti gün elan ediləcək.

Namizədlərdən heç biri 50 faiz səs toplaya bilməyəcəyi halda səsvermənin ikinci turu iyulun 5-də keçiriləcək(apa).

Əvvəlki məqalə

Azərbaycan və Ermənistan arasında sülh sazişinin əldə olunması istiqamətində tarixi fürsət yaranıb

Sonrakı məqalə

Ermənistan NATO-nun Vaşinqtonda keçiriləcək sammitində iştirakını təsdiqləyib