İranda son 24 saat ərzində 10 min 827 nəfər koronavirusa yoluxub

07 Dekabr 2020 - 18:45

İranda karantin tədbirlərinin sərtləşdirilməsi koronavirusa yoluxma hallarının azalmasına səbəb olub.

AZƏRTAC xəbər verir ki, son 24 saat ərzində İranda 10 min 827 nəfər koronavirusa yoluxub, 284 nəfər isə həyatını itirib. İranın Səhiyyə Nazirliyinin açıqlamasına görə İranda virusa yoluxanların ümumi sayı 1 milyon 51 min 374-ə, yoluxaraq ölənlərin sayı isə 50 min 594-ə çatıb.

Xüsusi xəstəxanalarda müalicəsini davam etdirən 5 min 796 xəstənin vəziyyəti ağır olaraq qalır. Müalicəsi uğurla bitən 742 min 955 xəstə isə sağalaraq evə buraxılıb.

İranda karantin rejimi davam edir.