İranda yeni Ali Rəhbər tezliklə seçiləcək

İranda yeni Ali Rəhbərin seçilməsi çox vaxt aparmayacaq.

Bu barədə İran Ekspertlər Məclisinin üzvü Əli Moəllemi İSNA-ya bildirib.

O qeyd edib ki, Rəhbərlik üzrə Ekspertlər Məclisinin üzvləri yeni Ali Rəhbərin seçilməsində ayrı-seçkiliyə yol verməyəcəklərinə and içiblər.

Əli Moəlleminin sözlərinə görə, belə ki, yeni Ali Rəhbərin seçilməsində ayrı-ayrı siyasi, partiya cərəyanları rol oynamayacaq. Üzvlər rəhbərin dini meyarlar əsasında və onların öz qənaətlərinə uyğun şəkildə seçiminə səs verəcəklər.

Narahatlığa əsas olmadığını diqqətə çatdıran Əli Moəllemi Ekspertlər Məclisinin “Seyid Əli Xameneiyə bənzər bir şəxsiyyəti” seçəcəyini bəyan edib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.