İrandan Azərbaycana gətirilən 49 ton duz yararsız çıxdı –AQTA

Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri davam etdirilir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, İran İslam Respublikasından fiziki şəxs İsgəndərov Zabil Mirzə oğlu tərəfindən Azərbaycana idxal olunan 49,8 ton duz məhsuluna baxış keçirilib.

Baxış zamanı məhsullardan götürülən nümunələr Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Aparılan müayinələr nəticəsində duz məhsulunda yodun kütlə payının texniki normativ hüquqi aktların tələblərinə uyğun olmadığı aşkar olunub.

Agentlik tərəfindən məhsulun istehlak üçün yararsız olması ilə bağlı qərar qəbul edilib və həmin məhsul partiyasının satışına icazə verilməyib. Hazırda qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlər görülür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ağdamdakı Monitorinq Mərkəzində qulluq edən Rusiya hərbçiləri peyvənd olunub

Sonrakı məqalə

İşğaldan azad edilmiş ərazilərə qanunsuz daxil olan şəxslər saxlanılıb –