İranda idman nazirini daşıyan helikopter qəzaya uğrayıb- İRNA (FOTO)

İranın idman naziri Seyid Həmid Səccadini və digər sərnişinləri daşıyan helikopter Baft şəhərindəki idman kompleksinə enərkən qəzaya uğrayıb.

Azpost.info xəbər verir ki, İRNA agentliyi hadisə şahidlərinə istinadən nazirin sağ olduğunu, ciddi xəsarət almadığını, təyyarədə olan bəzi sərnişinlərin xəstəxanaya aparıldığını bildirib.

“Hadisə şahidlərindən birinin sözlərinə görə, təyyarə eniş zamanı idarəetməni itirib. Fövqəladə hadisə yerindən çəkilmiş fotoşəkilə əsasən, helikopterin quyruq hissəsi ondan ayrılıb”, – məlumatda deyilir.

İran hökuməti hələlik hadisə ilə bağlı şərh verməyib.

Azpost.info

Əvvəlki məqalə

“Münaqişələrin ən böyük alovlandırıcısı ABŞ-dır”

Sonrakı məqalə

Ötən il Azərbaycanın hava limanlarından 5,3 milyondan çox sərnişin yola salınıb və qəbul edilib