İran hakimiyyəti İsrail və ABŞ-ın əməliyyatları zamanı gərgin döyüşlər nəticəsində çox ziyan çəkib.
İsrail hökumətinin yüksək vəzifəli mənbələri bildiriblər ki, hərbi-siyasi kabinetin iclasında İrana qarşı 40 günlük hərbi əməliyyatların nəticələrinin müzakirə olunub. Orada qeyd edilib ki, bu zərbələrlə Tehranı bir neçə il “geriyə salmaq mümkün olub.
Azpost.info bildirir ki, bu barədə Ynet xəbər portalı məlumat verib.
Atəşkəs elan edildikdən bir gün sonra, aprelin 9-da keçiririlmiş iclasda onlar zərbələrin İranın hərbi sənayesinə və nüvə proqramına ciddi ziyan vurduğunu vurğulayıblar. Lakin mənbələr İsrail və ABŞ zərbələrinin təsirinin miqyasını dəqiq qiymətləndirməyin hələ də çətin olduğunu etiraf ediblər.
“İranın neçə il geri düşdüyü hələ də bəlli deyil”, – deyə onlar izah ediblər. “Bu, iki, dörd və ya beş il ola bilər. Hamısı rejimin yenidənqurmaya nə qədər sərmayə qoymasından və xaricdən hansı yardımı almasından asılıdır”, – deyə mənbələr vurğulayıblar.
İsrail mənbələri qeyd ediblər ki, Tehranda rejim dəyişikliyi perspektivləri ABŞ-ın hərəkətlərindən asılıdır. Onların sözlərinə görə, İran iqtisadiyyatı hazırda zəifləyib və bu da repressiv aparatın imkanlarını məhdudlaşdırır. Lakin ABŞ İranla maliyyələşdirmə və müəyyən legitimlik təmin edən bir razılığa gələrsə, rejim dəyişikliyi baş verməyəcək.
Nazirlər Kabinetinə təqdim edilən analitik hesabatlarda İranın ballistik raket istehsal gücünə xüsusilə ciddi ziyan dəydiyi qeyd olunur. Mənbələr istehsal zəncirinin son dərəcə ağır zərbə aldığını və sənayenin bərpasının xeyli vaxt və əhəmiyyətli maliyyə investisiyası tələb edəcəyini vurğulayıblar.
İsrail mənbələri vurğulayır ki, İran hələ də ballistik raketlərinin təxminən yarısını sözdə “raket şəhərlərində” saxlasa da, istehsal bazası demək olar ki, tamamilə sıradan çıxarılıb. Bundan əlavə, ölkənin nüvə proqramına ciddi ziyan dəyib: 2025-ci ilin iyun ayında İsrail və ABŞ-ın hücumlarından bəri uranın zənginləşdirilməsi bərpa olunmayıb.