“İranın nüvə silahı olmayacaq” –TRAMP

ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının açmasına nail olacağına əminliyini bildirib.

O, bu barədə “Fox News”a müsahibəsində danışıb.

“Düzgün qərarı verəcəyəm. Boğaz açıq olacaq, İranın nüvə silahı olmayacaq və dünya normal həyatına davam edəcək”, – deyə Tramp bildirib.

ABŞ Prezidenti bunun üçün hansı konkret addımları atacağını açıqlamayıb.

Onun sözlərinə görə, Vaşinqton bir neçə dəfə İranla münaqişənin diplomatik həllinə yaxınlaşıb, lakin Tehran son anda razılaşmadan imtina edib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.