Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

“İranın təhdidləri əsassızdır və heç bir hüquqi əsası yoxdur” –

User 27 İyul 2026 - 16:45
ukra xin nazir

Ukraynanın xarici işlər naziri Andriy Sıbiha İranın xarici işlər naziri Abbas Əraqçinin bəyanatına cavab olaraq Tehranın ittihamlarını əsassız adlandırıb.

APA xəbər verir ki, Sıbiha bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.

“İranın təhdidləri əsassızdır və heç bir hüquqi əsası yoxdur. Tehran rejimi 2022-ci ildən etibarən ukraynalıların ölümünə səbəb olan silahlarla Moskvanın cinayətkar müharibəsini dəstəkləməklə Rusiyanın Ukraynaya qarşı təcavüzünün birbaşa şərikinə çevrilib”, – deyə o bildirib.

Nazirin sözlərinə görə, İranın özünü zərərçəkən kimi təqdim etməyə və BMT Nizamnaməsinə istinad edərək təhdidlərini əsaslandırmağa mənəvi və hüquqi haqqı yoxdur.

Sıbiha əlavə edib ki, Tehran bu cür bəyanatlarla Rusiyanın Qara dənizdə mülki gəmiçiliyə qarşı həyata keçirdiyi və qlobal ərzaq təhlükəsizliyini təhdid edən hücumlardan diqqəti yayındırmağa çalışır.

“Ancaq buna nail ola bilməyəcək. Rusiyanın gəmiçilik azadlığına hücumları bu gün BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasında diqqət mərkəzində olacaq və biz beynəlxalq ictimaiyyətdən qəti reaksiya gözləyirik”, – deyə Ukrayna XİN başçısı vurğulayıb.

Qeyd edək ki, İranın xarici işlər naziri Abbas Əraqçi daha əvvəl Ukraynanın İran gəmisinə hücumunu BMT Nizamnaməsinin kobud şəkildə pozulması kimi qiymətləndirərək bunun İsrailin tapşırığı ilə Avropanı müharibəyə cəlb etmək məqsədi daşıdığını bildirmişdi.

AzPost.az

Post navigation

Previous: İranın AzTV qərarına cavab –
Next: “Toplum TV” işi üzrə hökm oxundu

Oxşar xəbərlər

IRAN RAKET
  • Dünya

İran genişmiqyaslı cavab zərbəsi endirməyə hazırlaşır

User 31 Oktyabr 2026 - 15:32
polsa mitinq
  • Dünya

Polşada siyasi böhran – Prezident və Baş nazir üz-üzə

User 31 Oktyabr 2026 - 11:00
miqrantefqan
  • Dünya

Tramp 150-dən çox əfqanı deportasiya edir

User 31 Oktyabr 2026 - 10:41

xƏBƏR

IRAN RAKET
  • Dünya

İran genişmiqyaslı cavab zərbəsi endirməyə hazırlaşır

User 31 Oktyabr 2026 - 15:32
İran hərbi təcavüzlə üzləşəcəyi təqdirdə genişmiqyaslı cavab zərbəsi endirməyə hazır olduğunu bəyan edib. Ölkənin silahlı qüvvələri istənilən...
Read more about İran genişmiqyaslı cavab zərbəsi endirməyə hazırlaşır
Messinin ən səmimi açıqlamaları – Utancaqlığı, peşmanlığı və ailəsi ilə bağlı etirafları messi esas
  • İdman

Messinin ən səmimi açıqlamaları – Utancaqlığı, peşmanlığı və ailəsi ilə bağlı etirafları

User 31 Oktyabr 2026 - 15:12
Moped və velosiped faciəsi – 17 yaşlı gənc və Ülfət Hüseynov öldü moped
  • Kriminal

Moped və velosiped faciəsi – 17 yaşlı gənc və Ülfət Hüseynov öldü

User 31 Oktyabr 2026 - 14:17
Son 10 ildə vətəndaşın həyatını dəyişən 10 dövlət layihəsi – xalq üçün nə dəyişdi? / TƏHLİL islahat
  • Baş Yazı

Son 10 ildə vətəndaşın həyatını dəyişən 10 dövlət layihəsi – xalq üçün nə dəyişdi? / TƏHLİL

User 31 Oktyabr 2026 - 14:03
Azərbaycanda pulsuz hüquqi yardım – Kimlər dövlət hesabına vəkil ala biləcək? Azərbaycanda vəkillərin
  • Baş Yazı

Azərbaycanda pulsuz hüquqi yardım – Kimlər dövlət hesabına vəkil ala biləcək?

User 31 Oktyabr 2026 - 13:43
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.