Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

“Toplum TV” işi üzrə hökm oxundu

User 27 İyul 2026 - 17:37 (Last updated: 27 İyul 2026 - 17:37)
rusiyamehkeme

“Toplum TV” işi üzrə açılan cinayət işində təqsirləndirilən Akif Qurbanov, Ələsgər Məmmədli, Ruslan İzzətli, Ramil Babayev, Əli Zeynalov, Müşfiq Cabbarov, İlkin Əmrahov, Fərid İsmayılov və Elmir Abbasovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər son sözlə çıxış edib.

Daha sonra məhkəmədə hökm oxunub.

Hökmə əsasən, hər biri 2 il 6 ay müddətinə müəyyən vəzifə tutmaq hüququndan məhrum edilməklə, Akif Qurbanov, Ruslan İzzətli 15 il, Ələsgər Məmmədli, Əli Zeynalov 14 il, Ramil Babayev, Müşfiq Cabbarov, İlkin Əmrahov 13 il, Fərid İsmayılov, Elmir Abbasov 12 il müddətinə azadlıqdan məhrum ediliblər. Elmir Abbasov məhkəmə zalında həbs olunub.

Dövlət ittihamçısı 3 il dövlət və yerli özünüidarə orqanlarında vəzifə tutmaq hüququndan məhrum edilməklə, Akif Qurbanov və Ruslan İzzətlinin 16 il, Ələsgər Məmmədli və Əli Zeynalovun 15 il, Ramil Babayev, Müşfiq Cabbarov və İlkin Əmrahovun 14 il, Fərid İsmayılov və Elmir Abbasovun 13 il müddətinə azadlıqdan məhrum edilmələrini istəmişdi.

Eyni zamanda, təqsirləndirilən şəxslərin üzərinə həbs qoyulmuş maşınları və evlərinin müsadirə edilərək mülki iddianın təmin edilməsini təklif etmişdi.

Qeyd edək ki, 2024-cü ilin martın 6-da “Toplum TV” internet televiziyasının yerləşdiyi ofisdə və daha bir neçə ünvanda Daxili İşlər Nazirliyi tərəfindən əməliyyat keçirilib.

“Toplum TV”nin həmtəsisçiləri Akif Qurbanov, Ələsgər Əhmədoğlu (Məmmədli), əməkdaşları və III Respublika Platformasının qurucu üzvü Ruslan İzzətli, daha sonra digər təqsirləndirilən şəxslər barəsində qətimkan tədbirləri seçilib. Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi açılıb.

Daha sonra iş üzrə təqsirləndirilən şəxslərə qarşı əlavə olaraq ittihamlar (Cinayət Məcəlləsinin 162-1.1, 192.3.2, 193-1.3.1, 193-1.3.2, 206.4, 213.2.1 maddələri ilə) irəli sürülüb.

AzPost.az

Post navigation

Previous: “İranın təhdidləri əsassızdır və heç bir hüquqi əsası yoxdur” –
Next: Azərbaycan Kinematoqrafçılar İttifaqında fövqəladə iclas çağırıldı

Oxşar xəbərlər

hava proqnozu haqqında
  • Sosial

Noyabrın 1-nə olan hava proqnozu

User 31 Oktyabr 2026 - 13:03
xalca sexi
  • Sosial

Azərbaycanda xalça istehsalı 61 dəfədən çox artıb

User 31 Oktyabr 2026 - 12:16
aqil abbas
  • Sosial

“Atamın Ağdamda evi olub, niyə mənə ev düşmür?” – Aqil Abbasla Sahibə Qafarova arasında mübahisə

User 30 Oktyabr 2026 - 13:10

xƏBƏR

IRAN RAKET
  • Dünya

İran genişmiqyaslı cavab zərbəsi endirməyə hazırlaşır

User 31 Oktyabr 2026 - 15:32
İran hərbi təcavüzlə üzləşəcəyi təqdirdə genişmiqyaslı cavab zərbəsi endirməyə hazır olduğunu bəyan edib. Ölkənin silahlı qüvvələri istənilən...
Read more about İran genişmiqyaslı cavab zərbəsi endirməyə hazırlaşır
Messinin ən səmimi açıqlamaları – Utancaqlığı, peşmanlığı və ailəsi ilə bağlı etirafları messi esas
  • İdman

Messinin ən səmimi açıqlamaları – Utancaqlığı, peşmanlığı və ailəsi ilə bağlı etirafları

User 31 Oktyabr 2026 - 15:12
Moped və velosiped faciəsi – 17 yaşlı gənc və Ülfət Hüseynov öldü moped
  • Kriminal

Moped və velosiped faciəsi – 17 yaşlı gənc və Ülfət Hüseynov öldü

User 31 Oktyabr 2026 - 14:17
Son 10 ildə vətəndaşın həyatını dəyişən 10 dövlət layihəsi – xalq üçün nə dəyişdi? / TƏHLİL islahat
  • Baş Yazı

Son 10 ildə vətəndaşın həyatını dəyişən 10 dövlət layihəsi – xalq üçün nə dəyişdi? / TƏHLİL

User 31 Oktyabr 2026 - 14:03
Azərbaycanda pulsuz hüquqi yardım – Kimlər dövlət hesabına vəkil ala biləcək? Azərbaycanda vəkillərin
  • Baş Yazı

Azərbaycanda pulsuz hüquqi yardım – Kimlər dövlət hesabına vəkil ala biləcək?

User 31 Oktyabr 2026 - 13:43
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.