İranın xarici işlər naziri:“Rusiya həmişə çətin günlərdə Tehranın yanında olub”

Xarici işlər naziri  Cavad Zərif İran – Rusiya münasibətlərini strateji xarakter daşıdığını deyib.

Azpost.info İRİB-ə istindən bildirir ki, Moskvada səfərdə olan Məhəmməd Cavad Zərif jurnalistlərə açıqlamasında bildirib ki, Rusiya həmişə çətin günlərdə İranın yanında olub.

“ İran nümayəndə heyətinin Moskvaya səfəri iki ölkənin strateji münasibətlərini göstərir. İki tərəfin məsul şəxslərinin siyasətlərinə əsasən, hazırda İran ilə Rusiya arasında yeni münasibətlər qurulub” – deyə Zərif qeyd edib.

İranın xarici işlər naziri belə qeyd edib ki, Tehran heç vaxt çətin günlərdə yanında olan dostları unutmur. O vurğulayıb ki, səfər zamanı keçiriləcək görüşlərdə ikitərəfli münasibətlərin genişləndirilməsi, iki tərəfi maraqlandıran regional və beynəlxalq məsələlər araşdırılacaq.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanlıların əksəriyyəti hansı qan qrupuna aiddir? –

Sonrakı məqalə

Hansı şirkətlər Azərbaycan məhsullarını xaricə daşıyır? –