ABŞ prezidenti Donald Tramp NBC News-a verdiyi müsahibədə İslamabadda keçirilən danışıqlar zamanı sülh razılaşmasının əldə olunacağına “çox nikbin” olduğunu bildirib.
Azpost.info-nun məlumatına görə, Tramp İranın “razılaşmaq üçün lazım olan hər şeyə razı olduğunu” və rəsmilərinin mətbuata danışmadıqları zaman “daha ağıllı davrandıqlarını” bildirib.
O, həmçinin İsrailin Baş naziri Binyamin Netanyahunun qarşıdan gələn İran-ABŞ danışıqlarından əvvəl Livana endirilən zərbələrin miqyasını azaltmaq niyyətində olduğunu bildirib.
“Mən Bibi ilə danışdım və o, bunu susduracaq. Sadəcə düşünürəm ki, bir az daha təmkinli olmalıyıq”, – Tramp Netanyahu ilə telefon danışığından sonra NBC News-a verdiyi müsahibədə deyib.