Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • ÖZƏL

“İraq-türkman dilinin qrammatikası” kitabı ilk dəfə işıq üzü görüb

User 21 Oktyabr 2025 - 11:35 (Last updated: 21 Oktyabr 2025 - 11:45)
alpay

Azərbaycanlı alimlərin dəstəyi ilə İraq tarixində ilk dəfə “İraq-türkman dilinin qrammatikası” kitabı nəşr olunub.

AzPost bildirir ki, Azərbaycanda yerləşən Avrasiya Beynəlxalq İnkişaf Assosiasiyasının (ABİA) təşəbbüsü və təşkikatçılığı, AMEA Şərqşünaslıq İnstitututunun şöbə müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elnur Mustafayevin və Bağdad Universitetinin professoru Mahmud Xəlil Çayırlının həmmüəllifliyi, AMEA Şərqşünaslıq İnstitutunun və Bağdad Fəlsəfə Akademiyasının tərəfdaşlığı ilə Azərbaycan dili ilə müqayisəli təhlil əsasında ilk dəfə olaraq İraq türkman dilinin qrammatik bazası hazırlanaraq nəşr edilib.

Qeyd edək ki, İraq türkman dili və ədəbiyyatı ilə bağlı indiyədək istər İraqın özündə, istər Türkiyə, istərsə də Azərbaycanda çoxsaylı araşdırmalar, kitablar və tədqiqat məqalələri yazılsa da İraq türkman dili qrammatikasını tam əhatə edən kitab yazılmamış, indiyədək bu sahədə irəli sürülən təşəbbüslər, türkman qrammatikasının yalnız bir qismini əhatə etmişdi.

Hazırki kitab-araşdırmada İraq türkman dilinin fonetik, morfoloji və sintaksis qrammatik qanunauyğunluqlarının Azərbaycan dili qrammatikası ilə müqayisəli təhlili aparılaraq tam uyğunluğu müəyyən edilmiş və türkman dilinin müstəqil qrammatikasının ilkin bazasının əsasları təqdim edilmişdir.

ABİA-nın İdarə heyətinin sədri Elçin Əsgərovun bildirdiyinə görə, “Hazırki nəşr bu istiqamətdə yalnız ilk və kiçik təşəbbüsdür və bu nəşrin əsas məqsədi, 4 milyona yaxın türkman əsilli vətəndaşın yaşadığı İraq cəmiyyətində türkman dilinin qorunması, İraq-türkman dilinin akademik səviyyədə qrammatik bazasının və vahid ədəbi dilinin formalaşmasına töhfə verməkdir. Gözləntimiz, bu addımın İraqın türkman akademik dairələrində yeni təşəbbüslərə təkan verəcəyi və daha mükəmməl kitab və araşdırmaların ortaya çıxmasıdır. Xüsusən nəzərə alsaq ki, İraq hökuməti də yerlərdə türkmanların dili və mədəniyyətinin qorunmasına yönəlik təşəbbüslərə dəstək verir”.

Kitab artıq Azərbaycan və ərəb dillərində (o cümlədən türkman dili qaydalarının ərəb qrafikası ilə) nəşr olunmuş və yaxın zamanlarda hər iki ölkədə təqdimatlarının keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, artıq bir neçə ildir, ABİA-nın təşəbbüsü ilə İraqda türkmanların identikliyinin qorunmasına yönəlik müxtəli layihələr uğurla həyata keçirilməkdədir.

AzPost.az

Post navigation

Previous: Bəzi qidalara olan yemək ehtirası sağlamlıq problemlərindən xəbər verə bilər
Next: Bakı iranlı məhbusları Tehrana təhvil verib

Oxşar xəbərlər

turk issrail bayraq
  • ÖZƏL

İsrailin “erməni soyqırımı” qərarı Azərbaycan və Türkiyə üçün nə deməkdir?

User 28 İyun 2026 - 18:28
2
  • Aktual
  • ÖZƏL

Türkiyə–Ermənistan sərhədi 32 ildən sonra açılır?

Orkhan Ali 29 Dekabr 2025 - 11:50
Cardboard-Box-300x200
  • Aktual
  • ÖZƏL

Məişət texnikasının qaytarılması zamanı nəyi bilməliyik?

Orkhan Ali 24 Noyabr 2025 - 10:40

xƏBƏR

ilham niderland
  • Siyasət

Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib

User 26 Oktyabr 2026 - 12:16
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da Niderland Krallığının xarici işlər naziri Tom Berendseni qəbul edib. Dövlətimizin...
Read more about Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin 1200x800 (11)
  • Media

Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

User 26 Oktyabr 2026 - 11:46
“Rəqəmsal İpək Yolu” ortaq texnoloji əməkdaşlıq modeli kimi qht kasfen
  • QHT

“Rəqəmsal İpək Yolu” ortaq texnoloji əməkdaşlıq modeli kimi

User 26 Oktyabr 2026 - 11:15
Təhsil Nazirliyindən İrana sərt cavab – “Öz problemlərinizlə məşğul olun” emin nazir
  • Sosial

Təhsil Nazirliyindən İrana sərt cavab – “Öz problemlərinizlə məşğul olun”

User 26 Oktyabr 2026 - 11:03
ABŞ-ın Putinə təqdim etdiyi sənəddə hansı şərtlər var? – Zelenski açıqladı zelenski
  • Dünya

ABŞ-ın Putinə təqdim etdiyi sənəddə hansı şərtlər var? – Zelenski açıqladı

User 26 Oktyabr 2026 - 11:00
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.