İrlandiya Rusiyadan gələn gəmilər üçün limanlarını bağlayır

İrlandiyanın Nəqliyyat Nazirliyi ölkənin bütün limanlarına Rusiya gəmilərinin ölkəyə buraxmamaq barədə göstəriş verib.

Azpost.info xəbər verir ki, bu barədə RTE telekanalı məlumat yayıb.

Aprelin 17-dən etibarən İrlandiya limanlarına Rusiya bayrağı altında qeydiyyatdan keçmiş bütün gəmilər, yaxtalar, həmçinin fevralın 24-dən etibarən qeydiyyatını başqa dövlətə dəyişdirmiş hər hansı belə gəmi üçün giriş qadağan ediləcək.

Bu addım Avropa İttifaqının Rusiya gəmilərinə qarşı sanksiyaları və onların Avropaya üzv ölkələrin limanlarına çıxışını məhdudlaşdırmaq barədə son qərarına uyğun atılır.

Azpost.info

Əvvəlki məqalə

“Nokia” Rusiyanı tərk etdiyini açıqlayıb

Sonrakı məqalə

“Navalnının azad edilməsi Ukrayna üçün ən pis variantdır” –