“Azərbaycan tərəfinin Ramil Səfərovun ekstradisiyası və əfvi ilə bağlı qərarlarında hər hansı bir “ciddi hüquqi yanlışlıq yoxdur”.
Azpost.info-nun məlumatına görə, bu sözləri Azərbaycan Milli Məclisinin sabiq sədri İsa Qəmbər Avropa Məhkəməsinin Azərbaycan ordusunun zabiti Ramil Səfərovla bağlı verdiyi qərarını BBC radiosuna şərh edərkən bildirib.
O, bu baxımdan Ermənistan tərəfinin həm hadisənin törədilməsi, həm də Azərbaycan hakimiyyətinin etnik nifrət zəminində tövsif etməyi iddiası ilə qəti razılaşmadığını deyib: “Dünyada minlərlə Azərbaycan vətəndaşı Ermənistan vətəndaşı ilə qarşılaşır, bir yerdə yaşayır, mübahisə edir, susurlar, amma birinin digər birini öldürməsi çox nadir hadisədir. Bu konkret şəxslər arasında baş vermiş bir hadisədir. Bu etnik zəmində yox, emosional, affekt vəziyyətində baş vermiş hadisələrdir”, – deyə İsa Qəmbər vurğulayıb.