İşğal dövründə İran bir dəfə də olsun Ermənistana münasibətdə ittihamedici açıqlama verməyib- MN

K.Heydəriyə xatırlatmaq istərdik ki, Ermənistan 30 il ərzində Azərbaycan ərazilərini işğal altında saxlayıb.

Bu barədə Müdafiə Nazirliyinin İran İslam Respublikası Ordusunun Quru Qoşunlarının Komandanı Kiomərs Heydərinin Azərbaycana münasibətdə çirkin iftira və böhtan xarakterli fikirlərinə cavabında bildirilib.

“Bu hərbi təcavüz nəticəsində Azərbaycan-İran dövlət sərhədinin 132 kilometrlik hissəsi də işğal edilmişdi. Lakin, İran tərəfi bir dəfə də olsun Ermənistana münasibətdə ittihamedici açıqlama verməmişdir. Əksinə bu dövr ərzində İran-Ermənistan qardaşlığı daha da güclənmişdir. Bu gün də heç kimə sirr deyil ki, Ermənistanın dünyada iki əsas müttəfiqi varsa onlardan biri Fransa, ikinci isə İrandır”, – məlumatda deyilir.

Əvvəlki məqalə

Külək güclənəcək, yağış yağacaq

Sonrakı məqalə

Ceyhun Bayramov Fələstin Dövlətinin Baş naziri ilə görüşüb