“İşğaldan azad edilən ərazilərə getməyin!” –

Baş Prokurorluq və DİN vətəndaşlara müraciət etdi
14 Dekabr 2020 - 13:01

Baş Prokurorluq və Daxili İşlər Nazirliyini yenidən vətəndaşlara müraciət edib.

Birgə məlumatda qeyd olunur ki, əhalidən işğaldan azad olunan ərazilərin minadan və digər partlayıcı maddələrdən təmizlənilməsi başa çatmayana qədər təhlükəsizliyin təmin edilməsi məqsədilə ilə daxil olmamaq xahiş edilir.

Qeyd edək ki, 2020-ci il dekabrın 13-də saat 17.00 radələrində Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin bir hərbi qulluqçusu, Ağdam rayon sakinləri – 1984-cü il təvəllüdlü Əhmədov Toğrul Vilayət oğlu və 1990-cı il təvəllüdlü Məmmədov Elçin Qanboy oğlu işğaldan azad olunmuş Ağdam rayonunun Şahbulaq kəndinin ərazisində olarkən piyada əleyhinə minaya düşüb. Nəticədə Elçin Məmmədov həlak olub, hərbi qulluqçu və Toğrul Əhmədov isə ağır dərəcəli bədən xəsarətləri alıblar.

Daha öncə də azad edilmiş torpaqlarımızda xidmət aparan və ya əraziyə gedən mülki vətəndaşlardan minaya düşərək həlak olan və ya yaralananlar olub.