İŞİD-in yeni lideri Türkiyədə saxlanıldı –Ərdoğan xüsusi əməliyyatla bağlı açıqlama verəcək

İŞİD-in yeni lideri Əbu əl-Həsən əl-Haşimi əl-Qureyşi İstanbulda Türkiyə xüsusi xidmət orqanları tərəfindən saxlanılıb.

Azpost.info xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Məlumata görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ötən həftə həyata keçirilən əməliyyatın nəticələrini yaxın vaxtlarda açıqlayacaq. Əməliyyatın Türkiyənin Milli İstihbarat Təşkilatı və Terrorla Mübarizə İdarəsi ilə birgə həyata keçirildiyi bildirilir.

İŞİD-in keçmiş lideri Əbu Bəkr əl-Bağdadinin qardaşı olan Əbu əl-Həsən əl-Qureyşi 2022-ci ilin martında İŞİD lideri olub. Əsl adı Cuma Avad əl-Bədridir. Qərb kəşfiyyat xidmətlərinin məlumatına görə, o, 2003-cü ildə ABŞ hərbi müdaxiləsindən sonra İraqın müxtəlif radikal qruplaşmalarının üzvü olub.

Azpost.info

Əvvəlki məqalə

Cavid Qurbanovdan sonra “ADY”-yə bu şəxs rəhbərlik edir –

Sonrakı məqalə

Azərbaycan və Türkiyə prezidentləri “Texnofest Azərbaycan”ı ziyarət edəcək