“İslahat vacibdir…İğtitşalar etirazçıların səsini eşitməyə imkan vermədi” –İran hökumətinin rəsmi nümayəndəsi

“İranda iğtitşalar etirazçıların səsini eşitməyə imkan vermədi”. 

Azpost.info İSNA-ya istinadən bildirir ki, bu sözləri İran hökumətinin rəsmi nümayəndəsi Əli Bahaduri Cəhromi Məşhəd Universitetinin professor-tələbələri ilə keçirlən görüşdə çıxışında deyib.

O bildirib ki, hökumətin planlaşdırma siyasətində heç bir illüziyası yoxdur: “Heç kim hesab etmir ki, hamı eyni cür düşünür. Siyasətçilərimiz bilir ki, cəmiyyətdə alternativ fikirlər var. Onlar üçün də strategiya qurmaq lazımdır. Çünki opponentlər də iranlılardır”.

“İslahatlar vacibdir. Bu islahatlar konstruktiv tənqidə əsaslananmalıdır. Nəsə baş verməmişdən əvvəl gərək bu fərqli fikirlərə diqqət yetirək“-deyə Cəhromi vurğulayıb.

“Əgər güclü İranın olmasını istəyiriksə bilməliyik ki, İran bütün nəzər nöqtələrindən ibarətdir. Bu həm, hakimiyyət, həm cəmiyyət, həm də bütövlükdə elita üçün mühümdür. Biz ölkəni bir yerdə formalaşdırırıq”-deyə hökumətin nümayəndəsi qeyd edib.

Cəhromi deyib ki, ölkəni parçalamaq istəyirlər: “Biz əgər qarşılıqlı hörmətə əsaslanan diskussiya atmosferindən çıxırıqsa o zaman düşmənin istəklərinə doğru gedirik. Məhz bu iğtişaşlar həqiqətin səsini eşitməyə imkan vermədi”.

Cəhrominin sözlərinə görə, ali məktəblərdə birində görüşdə ondan hökumətin son etirazlar zamanı nə üçün sərt davranmadığı, güllə atmadığını soruşublar: “Mən dedim ki, belə addım uyğun və doğru reaksiya olmazdı”. 

Onun sözlərinə görə, son hadisələr zamanı düşmən ölkədə xaos yaratmaq istəyib. “Onlar sanksiyalardan narazı olan insanların bu narazlığından istifadə etməyə cəhd göstərdilər”.

Azpost.info

 

 

 

Əvvəlki məqalə

Səhiyyə nazirinin müavini dərmanların bahalaşmasından danışdı

Sonrakı məqalə

Rusiya qoşunları Xersonu tərk edir