Səhiyyə nazirinin müavini dərmanların bahalaşmasından danışdı

Səhiyyə Nazirliyinin rəsmisi satışda tapılmayan dərmanların bir müddət sonra qiymətinin 2-3 dəfə artmış şəkildə geri qayıtması məsələsinə münasibət bildirib.

Səhiyyə nazirinin müavini Rasim İsmayılov APA-ya açıqlamasında deyib ki, Azərbaycanda dərmanların qiymətini Tarif Şurası müəyyənləşdirir:

“Tarif Şurasının özünün də qiymətləndirmə metodları var. Dərman hər dəfə ölkəyə daxil olanda yaxud yeni dərmanlar ölkəyə daxil olanda onlar alternativ ölkələrlə hesablama formaları var”.

Səhiyyə nazirinin müavini yerli dərman istehsalı sahəsində işlər görüldüyünü diqqətə çatdırıb:

“Artıq iki şirkət – “Diamed Co” və “Erfam” şirkətləri artıq yerli istehsala başlayıblar. Bu yaxınlarda Ələt Azad İqtisadi Zonasında İsrailin şirkəti ilə yeni istehsal qurulmalıdır. İqtisadiyyat Nazirliyi ilə birlikdə bu istiqamətdə ciddi əməkdaşlıq var. Yeni investorların cəlb olunması ilə dərman istehsalını artırmaq istəyirik ki, idxaldan asılılığı aradan qaldıraq”, o deyib.

Əvvəlki məqalə

“İndoneziya hökuməti Putinin qərarına hörmətlə yanaşır”

Sonrakı məqalə

“İslahat vacibdir…İğtitşalar etirazçıların səsini eşitməyə imkan vermədi” –