Rusiya İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ilə birlikdə dünyada islamofobiya, xristianofobiya və rusofobiya ilə mübarizə aparacaq.
Azpost.info xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
Onun sözlərinə görə, birgə işin məqsədi bütün dünya dinləri üçün ümumi olan mənəvi və əxlaqi dəyərləri qorumaq olacaq.
“Biz İƏT-lə birlikdə dinlərarası və mədəniyyətlərarası dialoqu təşviq etməyə, bütün dünya dinləri üçün ümumi olan mənəvi-əxlaqi dəyərlərin müdafiəsini davam etdirməyə hazırıq. İslamofobiya, xristianofobiya və rusofobiya və irqi, etnik-mədəni dözümsüzlüyün digər formaları ilə mübarizə aparmaq lazımdır”, – Lavrov bildirib.
Azpost.info