İsmayıllıda arvadını qətlə yetirən kişi saxlanılıb

İyulun 17- də saat 14 radələrində İsmayıllı rayonu Təzəkənd kəndində 1988-ci il təvəllüdlü Bədəlova Aytən Etibar qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə cinayət əməlini törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı 1985-ci il təvəllüdlü Bədəlov Etibar Əbülfəz oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

İlkin məlumata görə cinayət hadisəsi ailə münaqişəsi zəminində baş ver verib.

Araşdırma aparılır.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.