İsmayıllıda qəfildən halı pisləşən icra nümayəndəsi ölüb

İsmayıllıda icra nümayəndəsi vəfat edib.

İsmayıllı Rayon İcra Hakimiyyətinin Gəraybəyli kənd üzrə nümayəndəsi Rüstəm Babayev xəstəxanada ölüb.

İlkin məlumata görə, rayonunın Gəraybəyli kənd sakini 54 yaşlı Rüstəm Babayevin yaşadığı evdə anidən halı pisləşib.

O, təcili tibbi yardım avtomobili ilə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına çatdırlısa da, bir neçə saat sonra vəfat edib

İlkin məlumata görə, R.Babayev ürəktutması səbəbindən ölüb. (APA)

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.