İspaniya 12 rusiyalı oliqarxın hesablarını dondurdu

İspaniya hökuməti Avropa İttifaqının sanksiyalarına məruz qalan 12 rusiyalı oliqarxa məxsus hesabları dondurub.

Azpost.info xəbər verir ki, bu barədə “Europa Press” məlumat yayıb.

Bundan başqa, sanksiyalar altında olan ruslarla əlaqəli İspaniyada 29 daşınmaz obyekt müəyyən edilib ki, bunlardan 11-i birbaşa onlara, 18-i isə ailə üzvlərinə məxsusdur.

Məlumatda 3 yaxtanın saxlanmasına və sahibləri arasında Rusiyadan olan iş adamlarının da olduğu 23 obyektə qarşı tədbir görüldüyü də bildirilir.

Rusiyalı sahibkarlar və onlarla əlaqəli fiziki və hüquqi şəxslər haqqında məlumatlar İspaniyada çirkli pulların yuyulmasının qarşısının alınması üzrə mərkəzləşdirilmiş orqan tərəfindən toplanır. Bu qurum artıq 14 rusiyalı sahibkar və 29 daşınmaz əmlak obyekti ilə bağlı məlumatları İspaniya hökumətinə təqdim edib.

Azpost.info

Əvvəlki məqalə

Sabaha olan hava proqnozu

Sonrakı məqalə

“Bakı ilə danışıqlarda anklavlar məsələsi qaldırılmayıb” –