İspaniya Almaniya qarşılaşması heç-heçə başa çatıb –DÇ-2022

Qətərdə təşkil olunan DÇ-2022-də növbəti oyunlar keçirilib.

Mundialın 8-ci gününün son matçı E qrupunda baş tutub.

Son üç mundialdan ikisinin qalibi İspaniya – Almaniya duelində qarşılaşıb. Hans-Diter Flikin yetirmələri dörd il əvvəlki fiaskonu yaşamamaq üçün bu görüşdən müsbət nəticə ilə ayrılmalı idi. Bundestim tapşırığın öhdəsindən müəyyən qədər gəlib. Hərəyə 1 qol vuran tərəflər matçdan bərabərliklə ayrılıb. Beləliklə, bu qrupda 1/8 finalçıların adına son turda aydınlıq gələcək.

Qeyd edək ki, E qrupunun digər oyununda Yaponiya ilə Kosta-Rika qarşılaşıb və ikincilər 1:0 hesabı ilə qalib gəlib.

DÇ-2022, qrup mərhələsi
27 noyabr, II tur
E qrupu
23:00. İspaniya – Almaniya 1:1

Qollar: Alvaro Morato, 62 – Niklas Füllkruq, 83

Əvvəlki məqalə

“Taxıl dəhlizi” ilə Odessa limanlarından daha 7 gəmi yola düşüb

Sonrakı məqalə

Bakıda “Nissan” 4 avtomobilə çırpılıb, xəsarət alan var –