İspaniya Fransanı məğlub etdi, finala çıxdı –AVRO-2024

Futbol üzrə Avropa çempionatının yarımfinal mərhələsi çərçivəsində İspaniya və Fransa milli komandaları üz-üzə gəlib.

Gərgin keçən qarşılaşmada ispanlar rəqiblərini üstələməyi bacarıb – 2:1.

Oyunda hesabı 8-ci dəqiqədə fransalı Kolo Muani açıb.

Qarşılaşmanın 21-ci dəqiqəsində isə Lamin Yamal baxımlı qola imza ataraq tarazlığı bərpa edib.

Dörd dəqiqə sonra isə Dani Olmo komandasına qələbə qazandıran qolu vurub.

Bununla da İspaniya milli komandası Avropa çempionatının final mərhələsinə yüksəlib.

Qeyd edək ki, İspaniya millisi finalda İngiltərə-Niderland cütlüyünün qalibi ilə qarşılaşacaq.

Əvvəlki məqalə

“Dağıstanda terroru törədənlər nufuzlu ailələrdən olan şəxslərdir” –

Sonrakı məqalə

ABŞ kəşfiyyatı Rusiyanı seçkilərə müdaxilə etməkdə ittiham edib