İspaniya klubunun prezidenti həbs olunub

İspaniyanın “Vilyarreal” komandasının prezidenti Fernando Roç həbs olunub.

Buna funksionerin vergi dələduzluğunda adının hallanması səbəb olub. O, 11 ay 28 gün həbs cəzasına məhkum edilib.

F.Roça ilə yanaşı klubda işləyən daha iki idarəçi də cinayət cəzası alıb.

Məlumata görə, təqsirləndirilən şəxslər komandanın ev stadionunun yenidən qurulması ilə bağlı sənədləri manipulyasiya ediblər.

Dələduzluğun 525 440 avro məbləğində olduğu bildirilib(azərtac).

Əvvəlki məqalə

Qazaxıstan Rusiya qiymətli kağızlarının ölkədən çıxarılmasını tələb edib

Sonrakı məqalə

“ABŞ-ın Almaniyada raket yerləşdirməsinə hərbi yolla cavab veriləcək”