İspaniyada epidemiyanın yayılma sürəti azalıb

İspaniyada koronavirusa yoluxma halları azalmağa başlayır.
APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bu barədə İspaniyanın Baş Naziri Pedro Sançez deyib.
Baş Nazir bildirib ki, ölkədə koronavirusla bağlı son məlumatlar ümidvericidir və İspaniya epidemiya səviyyəsinin azalmasına yaxındır.
“Deyə bilərəm ki, artıq yanğın nəzarət altına alınmağa başlanıb”, – deyə o qeyd edib.
Bu gün İspaniya parlamentində fövqəladə vəziyyət rejiminin 26 aprel tarixinə qədər daha iki həftə uzadılması ilə bağlı səsvermə keçirilib.
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Deputat:

Sonrakı məqalə

Dünya iqtisadiyyatı koronavirusa görə 5 trln. dollar itirəcək