Dünya iqtisadiyyatı koronavirusa görə 5 trln. dollar itirəcək

Yeni növ koronavirusun (COVID-19) yayılması səbəbindən dünya iqtisadiyyatına dəyən ümumi zərər 2 il ərzində 5 trln. ABŞ dollardan çox olacaq.

APA-Economics”in məlumatına görə, bu barədə “Bloomberg” ekspert qiymətləndirmələrinə istinadən xəbər verir.

Məlumata əsasən, dünya ötən əsrin 30-cu illərindən bəri sülh şəraitində ən dərin tənəzzül dövrünə daxil olur. Virus səbəbi ilə ölkə hökumətləri fərdi sahibkarlara işlərini dayandırmağı, insanlara isə evdə qalmalarını tövsiyə edib. Tənəzzülün qısamüddətli olacağı proqnozlaşdırılsa da, ölkə iqtisadiyyatlarına güclərini bərpa etmək üçün vaxt tələb olunacaq.

“Citigroup” bankının baş iqtisadçısı Ketrin Manın fikrincə, qlobal iqtisadiyyata vurulan zərər 5 trln. dolları keçəcək.

“JPMorgan Chase” bankının mütəxəssisləri bu göstəricinin 5,5 trln. dollar səviyyəsində olacağını düşünür. Onların fikrincə, inkişaf etmiş ölkələrdə iqtisadi tənəzzül 2008-2009-cu və 1974-1975-ci illərdə qeydə alınan səviyyədə olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İspaniyada epidemiyanın yayılma sürəti azalıb

Sonrakı məqalə

Ünvanlı sosial yardım alan ailələrin sayı 78300-ə çatıb