İsrailə hücumunun ildönümündə FTB-dən ABŞ ictimaiyyətinəXƏBƏRDARLIQ

ABŞ HƏMAS-ın İsrailə hücumunun ildönümündə ekstremistlərin mümkün zorakılıqları barədə xəbərdarlıq edib.

Azpost.info xəbər verir ki, bu barədə ABŞ Federal Təhqiqatlat Bürosu və Daxili Təhlükəsizlik Nazirliyinin birgə bəyanatında deyilir.

Məlum hücum 7 oktyabr 2023-cü ildə baş vermişdi.

Federal Təhqiqatlar Bürosu və Daxili Təhlükəsizlik Departamenti bu bildirişi 7 oktyabr 2023-cü ildə HƏMAS-ın İsrailə hücumunun birinci ildönümündə müxtəlif aktorların ABŞ-a qarşı potensial təhlükələrini vurğulamaq üçün yayımlayır. Mətndə qeyd olunur ki, zorakılıq törətmək üçün xarici terror təşkilatları tərəfindən öz əlaltılarına çağırışlar edilir.

Kəşfiyyat agentliklərinin fikrincə, qarşıdan gələn ildönümü ekstremistlər üçün zorakılıq aktları törətmək və ya ictimai təhlükəsizliyi təhdid etmək üçün təlanverici amil ola bilər.

Azpost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.